...

"Sabah" legioneri ilə yolları ayırıb

İdman Materials 1 İyul 2024 19:54 (UTC +04:00)

Bakı. Trend:

“Sabah” müdafiəçi Maruan Hadudiylə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. O, “Sabah”ın forması ilə Azərbaycan çempionatında 14 matç keçirib.

Qeyd edək ki, Maruan Premyer Liqada 5 sarı vərəqə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti