...

ABŞ Avropadakı hərbi bazalarını döyüş vəziyyətinə gətirib - KİV

Dünya xəbərləri Materials 1 İyul 2024 15:24 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropadakı hərbi bazalarını, o cümlədən Almaniyadakı komanda qərargahını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və terror aktı təhdidləri səbəbindən müdafiə səviyyəsini artırıb.

Trend xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, bu cür hazırlıq ən azı on il ərzində görülməyib və bu o deməkdir ki, hərbçilər aktiv və həqiqi təhdid alıblar.

Bu cür qərara məhz nəyin səbəb olduğu açıqlanmayıb, lakin Avropa hakimiyyəti Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində və Almaniyada keçirilən futbol üzrə Avropa Çempionat zamanı potensial terror təhlükəsi barədə xəbərdarlıq edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti