Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələri uşaqların saxlanc yeri deyil.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, məktəbəqədər müəssisələrdə verilən təhsil yüksək səviyyədə olmalıdır.
“Anlamalıyıq ki, məktəbəqədər təhsil müəssisələri uşaqlarım təhlükəsiz şəraitdə yeyib, yatdığı yer olmamalıdır. Burada təhsil də olmalıdır. Bu sahəyə ayrılan diqqətin və investisiyanən qoyuluşu müxtəlif aspektlərdə özünü göstərir”,- deyə nazir bildirib.