...

İbtidai təhsil sistemində 20 faiz müəllimi yeniləyəcəyik - Emin Əmrullayev

Gündəm Materials 1 İyul 2024 10:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

9-cu sinifdə şagirdin biliyini yoxlayıb, günahkar axtarırıq. Heç kəs problemin həllinə yönəlmir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ibtidai təhsillə bağlı ən böyük problem təhsilin keyfiyyətidir.

“Növbəti 3 ildə ibtidai təhsil sistemində 20 faiz müəllimi yeniləyəcəyik. Müəllim məktəbə aid olmalıdır. Sistem elə qurulub ki, müəllim gəlir dərsini keçir, gedir. Günah müəllimdə deyil. Heç onların oturmağa yeri olmur. Balaca bir müəllimlər otağıdır, gəlib jurnallarını götürüb gedirlər. Bunu düzəltmək biraz zaman alacaq”,- deyə nazir bildirib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti