...

“Yuventus”un 50 milyonluq transferi

İdman Materials 1 İyul 2024 08:04 (UTC +04:00)

Bakı. Trend:

“Yuventus” “Aston Villa”dan Duqlas Ruisin keçidini həll edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu transfer Turin klubuna 50 milyon avroya başa gəlib.

26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu il iyunun sonunadək müqavilə imzalanıb. Transfer məbləği 4 il ərzində qarşı tərəfin hesabına köçürüləcək.

Qeyd edək ki, Duqlas 2019-cu ildən “Aston Villa”da çıxış edib. O, 204 oyunda 22 qol vurub və 24 ötürmə edib.

Xəbər lenti

Xəbər lenti