...

“Xəzri” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

İdman Materials 1 İyul 2024 16:33 (UTC +04:00)

Bakı. Trend:

“Xəzri” basketbol klubu baş məşqçi ilə bağlı qərarını verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda yoluna Murat Dikmən ilə davam edəcək.

Türkiyəli mütəxəssis ilə yeni 1 illik müqavilə imzalanıb. Komanda avqustun 1-də növbəti mövsümün hazırlıqlarına start verəcək. Bakı klubunun avrokuboklarda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Xəzri” ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti