...

Gəmilərin təhlükəsiz istismarı ilə bağlı tədbirlər keçirildi

Cəmiyyət Materials 1 İyul 2024 14:25 (UTC +04:00)
Gəmilərin təhlükəsiz istismarı ilə bağlı tədbirlər keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Trend FHN-ə istinadən xəbər verir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Neftçala rayonunun Şirvanlı kəndində, Quba rayonunun İkinci Nügədi kəndində, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində və Mingəçevir şəhərində Mingəçevir su anbarının sahilində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib.

Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, həmin su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda sözügedən gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici çap materialları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti