...

İndi savadlı insandan müəyyən bacarıqlar tələb edilir - Məleykə Abbaszadə

Cəmiyyət Materials 1 İyul 2024 11:24 (UTC +04:00)
İndi savadlı insandan müəyyən bacarıqlar tələb edilir - Məleykə Abbaszadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

21-ci əsrdə savadlı insandan müəyyən bacarıqlar tələb edilir.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, kommunikasiya, kollektivdə işləmək, müəyyən məsələləri həll etmək və s kimi bacarıqlar hazırda savadlı insanlardan tələb edilir.

“Dəyişikliklər, innovasiyaların təhsilə gələcəkdə necə tətbiq edə bilərik? Ənənələr təhsil sistemimizdə sovet dövründə başlayıb. Təbii ki, yaxşı və xoşagəlməz ənənələr vardı. Həmin dövrdə valideyn özü məktəbdə hansı proqramla təhsil almışdısa, uşağı da eyni proqram və tədrislə təhsil alırdı. İndi elə deyil. Müəyyən uyğunsuzluqlar bu səbəbdən yaranır və bu olmalı idi”,- deyə M. Abbaszadə bildirib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti