...

Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına əsasən protokol imzalanıb

İqtisadiyyat Materials 1 İyul 2024 15:27 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına əsasən protokol imzalanıb.

Trend xəbər verir ki, sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, ətraf mühit, turizm, eləcə də elmi-texniki, humanitar və sosial sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Yekun protokolda ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb. Tərəflər iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın yeddinci iclasının gələn il Bolqarıstanda keçirilməsi barədə razılığa gəliblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti