...

Türkiyədə binada qaz partlayışında yaralananların sayı artıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 30 İyun 2024 18:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir vilayətində binada baş verən partlayışda 5 nəfər ölüb, 63 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tugay bildirib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, partlayış Torbalı rayonunda yerləşən kafedə baş verib.

xxx

18:22

Türkiyənin İzmir vilayətində binada baş verən partlayışda yaralananların sayı 35-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, hadisə Torbalı rayonunda qeydə alınıb.

İzmir valisi Süleyman Elban partlayışın sənaye qaz balonunun partlaması nəticəsində baş verdiyini bildirib. O, balonun partladığı binaya ciddi ziyan dəydiyi barədə məlumat verib.

xxx

17:25

Türkiyənin İzmir vilayətində binada qaz partlayışı baş verib.

Trend-in məlumatına görə, hadisə Torbalı rayonunda qeydə alınıb.

Məlumata əsasən, partlayış çörək səxində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti