...

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər (FOTO)

Gündəm Materials 30 İyun 2024 12:02 (UTC +04:00)
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib.

Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti