Bakı. Trend:
ABŞ-da keçirilən Amerika kubokunda qrup mərhələsinin III turu davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, A qrupunda baş tutan iki oyunda 2 qol vurulub.
Ardıcıl üçüncü qələbəsini qazanan Argentina zirvədəki yerini möhkəmlədib. Lionel Messi və komandası bu dəfə Perunu məğlub edib. Kanada - Çili matçında isə hesab açılmayıb.
Amerika kuboku
Qrup mərhələsi, III tur
A qrupu, 30 iyun
Argentina – Peru – 2:0
Lautaro Martines, 47, 86
Kanada – Çili – 0:0