...

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

İdman Materials 1 İyul 2024 05:17 (UTC +04:00)
Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı. Trend:

Azərbaycanın yeniyetmələrdən ibarət boks millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığma yarışın son günündə daha 2 medalı rəsmiləşdirib.

Komandamızın heyətində Nihat Qasımov (48 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) gümüş mükafata yiyələniblər.

Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xəbər lenti

Xəbər lenti