...

Corc Rassel Formula 1 üzrə Avstriya Qran Prisinin qalibi olub

İdman Materials 30 İyun 2024 20:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya yarış çempionatının növbəti mərhələsi olan Avstriya Qran Prisinin qalibi olub.

Trend xəbər verir ki, ikinci avstraliyalı Oskar Piastri (McLaren), üçüncü ispan Karlos Sayns (Ferrari) olub.

Finişə bir neçə dövrə qalmış yarışın lideri hollandiyalı Maks Verstappen ("Red Bull") britaniyalı Landro Norrislə ("Mclaren") toqquşub və nəticədə yalnız beşinci yerdə qərarlaşıb. Norris yarışı tərk etdi.

Britaniyalı Lyuis Həmilton (Mercedes) finiş xəttini dördüncü keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti