...

Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

İqtisadiyyat Materials 15 Yanvar 2025 12:44 (UTC +04:00)
Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2023-cü illə müqayisədə 6,7 faiz artıb.

Qeyd olunub ki, ötən il kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti