Bakı. Trend:
Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru, həkim kardioloq Fərid Əliyev tərəfindən əməliyyat edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq BSM-in Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova məlumat verib.
O bildirib ki, Nəriman Həsənzadənin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
“93 yaşlı pasiyentimiz 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib”, deyə o əlavə edib.
XXX
12:06
Xalq şairi Nəriman Həsənzadə səhhətində yaranan problemlə bağlı bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
O bildirib ki, Nəriman Həsənzadənin vəziyyəti hazırda yaxşıdır.
“Nəriman Həsənzadə bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Əməliyyat edilən Xalq şairinin vəziyyəti yaxşıdır. Yaxın günlərdə evə buraxılacaq”, - deyə o əlavə edib.