...

Naxçıvanın büdcə gəlirləri artıb

İqtisadiyyat Materials 15 Yanvar 2025 15:51 (UTC +04:00)
Naxçıvanın büdcə gəlirləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 261,5 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 41,8% çoxdur.

Eyni zamanda dövr ərzində muxtar respublikanın büdcə xərcləri isə 429,6 milyon manata bərabər olub. Bu isə illik müqayisədə 22,4% azdır.

Qeyd olunub ki, ötən il Naxçıvan Muxtar Respublikasındakı banklarda 24,4 milyon manat əmanət olub.

Məlumata görə, bu, 2023-cü ilə müqayisədə 51,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti