...

Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı açıqlandı

Cəmiyyət Materials 15 Yanvar 2025 15:27 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı 95-ə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumat Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında öz əksini tapıb.

Hesabata əsasən, 95 audiovizual media subyektinin 43 televiziya redaksiyası (kanalı), 21 radio redaksiyası (kanalı), 5 sifarişli yayım xidməti və 54 retranslyasiya operatoru xidməti mövcuddur.

Audiovizual media sahəsində mövcud lisenziyaların sayı aşağıdakı kimidir:

11 ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;
10 regional yerüstü televiziya yayımçısı lisenziyası (bundan 1-i Naxçıvan MR-da);
17 ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
4 regional yerüstü radio yayımçısı lisenziyası (bundan 1-i Naxçıvan MR-da);
13 peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;
20 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası;
5 sifarişli yayım xidməti provayderi lisenziyası;
43 universal platforma operatoru lisenziyası;
9 sadə platforma operatoru lisenziyası;
2 multipleks operatoru lisenziyası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti