Bakı.Trend:
Fransada dekabr ayında istehlak qiymətləri ötən illə müqayisədə 1.8 faiz bahalaşıb.
Trend xəbər verir ki, bu haqda “Insee” Milli Statistik İdarəsində dərc olunan yekun statistikada deyilir.
Noyabr ayında inflasiya göstəricisi 1,7 faiz təşkil edirdi. Göstəricilər “Trading Economics” məsələ ilə bağlı sorğuladığı analitiklərin konsensus-proqnozu ilə də üst-üstə düşür.
Bundan başqa, Fransada enerji daşıyıcılarının qiymətləri ötən ilin dekabr ayı ilə müqayisədə 1,2 faiz bahalaşıb, xidmət haqları isə 2,3 faizdən 2,2 faizə qədər azalıb. Yanvar ayı üzrə inflyasiya səviyyəsi ilə bağlı ilkin statistika yanvarın 31-də, yekun statistika isə fevralın 18-də dərc olunacaq.