...

Ötən il 9 operator 5 min manat cərimələnib - Audiovizual Şura

Cəmiyyət Materials 15 Yanvar 2025 15:15 (UTC +04:00)
Ötən il 9 operator 5 min manat cərimələnib - Audiovizual Şura
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aparılan monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 358 pozuntu faktı qeydə alınıb. Həmin pozuntuların çox bir hissəsi (348 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilib və pozuntuların aradan qaldırılması təmin olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında öz əksini tapıb.

Hesabata əsasən, bir sıra pozuntulara görə yayımçılara il ərzində 3 dəfə xəbərdarlıq elan olunub və mediada dərc olunub. Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub, 3 dəfə inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib.

Monitorinqlər nəticəsində oktyabrdan ilin sonunadək 11 operatora “Media haqqında” Qanunun 32.4-cü və 34.5-ci maddələrinin tələblərini, 1 operatora isə “Media haqqında” Qanunun 32.7-ci maddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti