Bakı. Trend:
Kaliforniyanı cənginə almış meşə yanğınlarında ölənlərin sayı 25 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
ABŞ-nin Milli Meteorologiya Xidməti güclənən küləklə əlaqədar cənub rayonlarında da ciddi yanğın təhlükəsinin olması barədə xəbərdar edib.
Meteoroloqların proqnozlarına görə, küləyin sürəyi 24 metr/saata çata bilər ki, bu da bölgədə yanğının güclənməsinə, eyni zamanda, yeni yanğın ocaqlarının meydana gəlməsinə səbəb ola bilər. Küləyin yalnız cümə axşamı qismən seyrələcəyi bildirilir.
Kaliforniyanın 17 milyon sakininə yerli vaxta 19.00-a kimi yanğınlardan qaynaqlanan toz və kül təhlükəsi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Los-Ancelesin qərbində yerləşən və ən çox ziyan çəkmiş rayonlardan olan Pasifik-Paliseydzdə nəzarətdən çıxmış alovla mübarizəyə minlərlə yanğınsöndürən cəlb olunub. Ciddi su böhranının olması yanğınsöndürmə işlərinə əngəl yaradır. Qeyd olunan rayonda yanğın 9 min hektardan çox sahəni əhatə edir. Xilasedicilər yanğının yalnız 18%-ni lokallaşdıra biliblər.