Bakı. Trend:
Moldova hökuməti yaxın həftələrdə Avropa İttifaqına daxil olmaqla bağlı danışıqlara başlamağa ümid edir.
Trend-in xəbərinə görə, bu haqda ölkənin xarici işlər naziri Mixay Popşoy açıqlama verib.
“İlk klasterlər (üzrə danışıqlar) ən yaxın zamanda, faktiki olaraq yaxın həftələrdə açılacaq. Polşa sədr olaraq, tam şəffaflıq nümayiş etdirir.
Biz istisnasız olaraq bütün Avropa İttifaqı ölkələri ilə sıx münasibətlər saxlamaq üçün həm xarici işlər nazirləri səviyyəsində, həm parlamentdəki həmkarlarımız səviyyəsində, hökumətdə və əlbəttə ki, prezident aparatı səviyəsində işləri davam etdirəcəyik”,- deyə Popşoy bildirib.
O, Aİ ölkələrinin Moldovanın avrointeqrasiya prosesinə dəstək olacaqlarına ümid ifadə edib.