Bakı. Trend:
İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhəri ətrafında İranın hüquq-mühafizə qüvvələrinə məxsus yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatna görə, bu barədə İran polisi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində pilot, pilot köməkçisi və uçuş mühəndisi ölüb.
Hadisənin texniki nasazlıqdan baş verdiyi bildirilir.