Bakı. Trend:
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində bir məsciddə 23 şagird dəm qazından zəhərlənib.
Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin təlim-təhsil idarəsinin baş direktoru Mikayıl Baqeri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə məsciddə dini mərasim təşkil olunduğu zaman baş verib.
Zəhərlənən şagirdlər dərhal xəstəxanalara çatdırılaraq müalicə olunublar.
Faktla bağlı araşdırma aparılır.