Bakı.Trend:
Finlandiyanın az qala bütün aeroportları GPS sistemində meydana gələn pozuntulara görə alternativ sistemlərə keçməyə məcbur qalıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hal-hazırda 14 fin hava limanında təyyarələrin enişi üçün başlıca olaraq yerüstü stansiyaların radarlarına və şəbəkələrinə əsaslanan və təyyarələrin mövqeyini müəyyənləşdirən sistemdən istifadə edirlər.
Qış və bahar fəsli ərzində Kemi-Tornio, Yoensuu və Kokkola-Pietarsaari hava limanları da GPS əvəzinə bu cür sistemə keçəcəklər.
Finlandiyalı mütəxəssislər GPS sistemindəki pozuntuları Rusiyanın fəaliyyəti ilə əlaqələndirir.