...

Çexiya Rusiya neftindən imtina edir

Dünya xəbərləri Materials 15 Yanvar 2025 11:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın baş naziri Petr Fiala TAL neft kəmərinin modenləşdirilməsi işlərinin yekunlaşdığını bəyan edib.

Trend xəbər verir ki, çexiyalı hökumət başçısı bu layihənin hesabına ölkəsinin Rusiya nefti olmadan da ötüşəcəyini diqqətə çatdırıb.

Siyasətçinin sözlərinə görə, “Transalp” boru kəməri neftə olan tələbatı tam olaraq ödəməyə qadirdir və Çexiya daha “Drujba” boru kəmərinin ümidinə qalmayacaq.

O bildirib ki, boru kəmərinin gücünün artırılması Çexiyaya əlavə 4 milyon ton neft gətirmiş olacaq. Çexiya ilə 8 milyon tona qədər neft idxal edə bilər ki, bu da neft-emalı zavodlarının tələbatını tam şəkildə ödəmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti