...

Obamanın həyat yoldaşı Trampın andiçməsinə getməyəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2025 14:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı, keçmiş birinci xanım Mişel Obama seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə “Associated Press” Obama cütlüyünün mətbuat nümayəndəsinə istinadən məlumat yayıb.

“Təsdiq olunub ki, keçmiş prezident Barak Obama 60-cı andiçmə mərasiminə qatılacaq. Keçmiş birinci xanım Mişel Obama qarşıdakı andiçmədə iştirak etməyəcək”, - deyə məlumatda deyilir.

Mişel Obamanın niyə belə bir qərara gəldiyinin detalları açıqlanmır.

Qeyd edək ki, Mişel Obama, eyni zamanda, 39-cu prezident Cimmi Karterin dəfn mərasiminə də qatılmamışdı. Seçilmiş prezident Donald Trampın andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti