...

Xocalı sakinlərinə evlərinin açarları təqdim edildi (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2025 14:51 (UTC +04:00)
Xocalı sakinlərinə evlərinin açarları təqdim edildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Yanvarın 15-da Respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin Xocalı şəhərinə köç karvanı yola salınıb.

Trend xəbər verir ki, Ağdamdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır.

"Otuz ildən çoxdur ki, işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir. Bugünədək Xocalı şəhərində 46 ailənin daimi məskunlaşması təmin edilib. Ötən ildən etibarən Xocalının Ballıca kəndinə də köç başlayıb. “Bununla üçüncü dəfədir ki, bu kənddə köç həyata keçirilir”.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köç prosesi 2025-ci ildə də mərhələli şəkildə davam edirilicək.

Qeyd edək ki, bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülüb.

Xəbər lenti

Xəbər lenti