...

NATO gəmiləri Fin körfəzinə daxil oldu

Dünya xəbərləri Materials 15 Yanvar 2025 16:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gəmilərin hərəkətinin monitorinqini aparmaq məqsədilə Fin körfəzinə iki NATO gəmisi daxil olub.

Trend xəbər verir ki, bu məlumatı “Yle” yayıb.

Məlumata görə, müşahidə missiyasının təyin olunması üçün əsas zəmin Milad bayramı mövsümündə dənizdən keçən bir neçə elektrik naqili və telekommunikasiya kabellərinin müəmmalı şəkildə kəsilməsi olub. NATO bu kimi halları “kölgə donanması” kimi qələmə verdiyi Rusiya gəmilərinin fəaliyyəti ilə əlaqələndirir.

NATO bundan savayı Baltik dənizinə də bir neçə hərbi gəmi, sualtı-qayıq, kəşfiyyatçı təyyarə və sualtı-dronlar göndərib.

Xatırladaq ki, yanvarın 14-də NATO baş katibi Mark Rütte “Baltik Qvardiyası” adlı layihənin işə salındığını elan edib. Layihədə məqsəd kritik vacib infrastrukturun, o cümlədən qaz –boru xəttlərinin, elektrik naqilləri və rabitə naqillərinin zədələnməsinin qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti