...

Pekin və Bakı arasında Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqların birinci raundu keçirilib

İqtisadiyyat Materials 15 Yanvar 2025 12:46 (UTC +04:00)
Pekin və Bakı arasında Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqların birinci raundu keçirilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı.Trend:

Çin və Azərbaycan ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsini keçirib.

Trend bu barədə Çinin Kommersiya Nazirliyinə istinadən məlumat verir.

Eyni zamanda, məlumatı Trend-ə Azərbaycanın İqtisadiyyat Nazirliyindən də təsdiqləyiblər.

“13-14 yanvar 2025-ci ildə Azərbaycanın paytaxtı Bakıda, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması məsələləri üzrə Çin və Azərbaycan arasında danışıqların ikinci mərhələsi baş tutub.

Tərəflər malların və xidmətlərin ticarəti ilə bağlı məsələlərin təfsilatlı müzakirəsini aparıblar və bir sıra vacib mövqelərdə konsensusa nail olublar. Azərbaycanın ÜTT-yə üzvlüyünü sürətləndirmək məqsədilə danışıqların növbəti mərhələlərinin sürətləndirilməsi qərara alınıb”, - deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, Azərbaycan ÜTT üzvlüyü üçün 1997-ci ildə müraciət edib. Hazırda ölkə bazara giriş üçün 21 üzv-dövlətlə, o cümlədən, Çin, Avropa İttifaqı və ABŞ ilə danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti