Bakı. Trend:
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) infrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə M.Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.