Bakı. Trend:
Hesablama Palatasının nümayəndə heyəti Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər edib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyətinin Rusiya Federasiyası Hesablama Palatasının nümayəndə heyəti ilə ikitərəfli görüşü keçirilib.
Görüş zamanı qurumlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.