Bakı. Trend:
2024-cü ildə Almaniyanın ümumdaxili məhsulu (ÜDM) ötənilki göstərici ilə müqayisədə 0.2 faiz aşağı düşüb.
Trend xəbər verir ki, bunu Almaniyanın “Destatis” federal statisitik agentliyi açıqlayıb.
Beləcə, 2024-cü il Almaniyada iqtisadi geriləmənin qeydə alındığı ardıcıl ikinci il olub. 2023-cü ildə ölkədə ÜDM 0.3 faiz geriləmişdi.
“Dövri və struktur faktorları 2024-cü ildə iqtisadi dinamikanın güclənməsinə əngəl olub”, - deyə “Destatis”in rəhbəri Rut Brand bildirib.
O, buna təsir göstərmiş faktorlara misal kimi, əsas bazarlarda Almaniya ixracatı üçün rəqabətin güclənməsini, enerji daşıyıcılarının qiymətinin artmasını, iqtisadi perspektivlərin qeyri-müəyyənliyini göstərib.
“Bunların fonunda Almaniyada ÜDM yenə aşağı düşüb”, - deyə o bildirib.