Xocalı. Trend:
Dünya cənnətə dönsə də, Vətənin yerini heç nə vermir. Ölkəmizin hər yeri bizim üçün Vətəndir. Amma hara getsək də, harada yaşasaq da, qəlbimiz hər zaman doğma yurdumuz Qarabağla döyünüb.
Bu sözləri Trend-in bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkün Şura Əliyev deyib.
“30 ildən də çox bir müddətdə doğma yurdumuzdan ayrı qaldıq. Bu torpaqlara qayıtmaq əlçatmaz bir arzu kimi görünürdü. Ancaq ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrildi”.