...

Ötən il cinayət işləri üzrə 12 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib

Cəmiyyət Materials 15 Yanvar 2025 17:26 (UTC +04:00)
Ötən il cinayət işləri üzrə 12 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilən cinayət işləri üzrə müəyyən edilən 16 979 167 manat maddi ziyandan 12 425 084 manatının (73,2 %) ödənilməsi təmin olunub.

Trend xəbər verir ki, bu barədə Baş prokurorun rəhbərliyi ilə Bakı şəhər prokurorluğunun keçirdiyi 2024-cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21 411 müraciət daxil olub, Bakı şəhər Prokurorluğunda 2 387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6 831 olmaqla, ümumilikdə 9 218 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti