Bakı. Trend:
Kaliforniyada baş alan güclü meşə yanğınları ilə əlaqədar sığorta zərərinin 40 milyard dollar təşkil edəcəyi ehtimal edilir.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” yerli investisiya bankına istinadən məlumat yayıb.
Məlumata görə, kredit təşkilatı fəlakətdən dəymiş ziyanın artmaqda davam etdiyini bildirib. Bundan iki gün əvvəl sığorta sənayesinə qeyd olunandan iki dəfə az ziyanın dəyəcəyi güman edilirdi.
Meteorololoji proqnozlar verən "AccuWeather" isə Kaliforniyada yanğınların vurduğu ziyanın 250-275 milyard dollar civarında olduğunu bildirmişdi.