...

İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət rüsumlarını ləğv edəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2025 10:51 (UTC +04:00)
İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət rüsumlarını ləğv edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişinin qüvvəyə minməsi ilə ticarət rüsumları ləğv olunacaq.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran və Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişi imzalanıb. Bu sazişi son vaxtlar İran parlamenti ratikifasiya edib. Son mərhələdə isə İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Bu şurada da hər hansı bir problemin yaşanacağı gözlənilmir.

Araqçi bildirib ki, daha aydın şəkildə söylənərsə, İran və Avrasiya İqtisadi İttifaqı arasında saziş çərçivəsində İran və Rusiya arasında təxminən 900 növ məhsulla bağlı rüsum sıfıra endiriləcək.

Qeyd edək ki, 22 dekabr 2024-də İran parlamenti İran və Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişini ratifikasiya edib.

25 dekabr 2023 tarixində Rusiyanın Sankt-Peterburq şəhərində İran və Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişi imzalanıb. Yeni imzlanan sazişin qüvvəyə minməsindən sonra ticarət dövriyyəsinin 5-7 il ərzində 18-20 milyard dollara çatacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti