Bakı. Trend:
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb.
Trend xəbər verir ki, bu barədə Baş prokurorun rəhbərliyi ilə Bakı şəhər prokurorluğunun keçirdiyi 2024-cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib, 15 əməkdaşa xəbərdarlıq edilib.