...

Həyətyanı sahədə elektromobillər üçün yerləşdirilən elektrik enerjisi doldurucularının quraşdırılmasına icazə tələb olunmayacaq

Siyasət Materials 15 Yanvar 2025 16:29 (UTC +04:00)
Həyətyanı sahədə elektromobillər üçün yerləşdirilən elektrik enerjisi doldurucularının quraşdırılmasına icazə tələb olunmayacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısına "mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının" maddəsi əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti