Bakı. Trend:
Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
KİV yazır ki, 8,7 mindən çox istifadəçi səhvlər barədə məlumat verib. İstifadəçilər tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edirlər.
Qeyd edilir ki, problem əsasən ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransada qeydə alınıb.