...

"Microsoft" Windows 11 əməliyyat sistemi ilə bağlı fırıldaqda günahlandırılır

Dünya xəbərləri Materials 15 Yanvar 2025 19:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sisteminin pulsuz tədarükünü dayandırmaqla hədələyib.

Trend xəbər verir ki, bu haqda “Neowin” nəşri məlumat yayıb.

Məlumata əsasən, korporasiya “Windows 10” sahib olan kompüter istifadəçilərinin “Windows 11”-ə pulsuz keçidi ilə bağlı reklam materiallarını yeniləyib. Şirkətdən bu güzəşt kampaniyanın məhdud zaman kəsiyində - 2025-ci ilin oktyabr ayına kimi aktual olacağı bildirilsə də, nəşrin mütəxəsissləri, şirkətin bu bəyanatının yalan olduğunu iddia edirlər.

“Microsoft” eyni “hiyləyə” Windows 7”-dən “Windows 8”-ə keçid məsələsində də əl atmışdı.

“Microsoft vaxtın məhdud olması hissiya yatarmağa çalışmaqla öz köhnə “nömrələrindən” istifadə edir”,- deyə yazıda qeyd olunur. Şirkət istəyir ki, istifadəçilər onlara pulsuz əməliyyat sistemi əldə etmək kimi böyük bir şansın düşdüyünü zənn etsinlər və yubanmadan sistemi yeniləsinlər. Halbuki “Windows 11”-ə yenilənmə sonradan əlavə ödənişlər və hətta yeni daha güclü kompüterin alınmasını tələ edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti