...

Fransada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 30 İyun 2024 09:44 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçiriləcək.

Trend-in məlumatına görə, seçki məntəqələri əsasən yerli vaxtla saat 08:00-da açılacaq və saat 18:00-a qədər açıq olacaqlar.

Bununla belə, bəzi şəhər və departamentlərdə məntəqələrin açılış saatları dəyişə bilər. Xüsusən də Paris də daxil olmaqla böyük şəhərlərdə seçicilər yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər

Seçkilərin ilk nəticələri yerli vaxtla saat 20:00-dan sonra gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti