...

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 30 İyun 2024 10:19 (UTC +04:00)
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən Trend-ə bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Gədəbəydə 13 mm, Naxçıvan, Daşkəsən, Lerik, Göygöl, Şahbuz, Qax, Şəmkir, Gəncə, Yardımlı, Şəki, Balakəndə 4 mm-dək olub.

Sinoptiklərin iyunun 29-na verdiyi narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti Naftalanda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Göytəpədə 18 m/s olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

İyulun 01-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şumşək çaxacağı, dolu düşəçəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti