...

Sumqayıtda oğru mənzli qarət edərkən ev sahibi tərəfindən yaxalandı

Hadisə Materials 4 Noyabr 2017 12:51 (UTC +04:00)
Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb
Sumqayıtda oğru mənzli qarət edərkən ev sahibi tərəfindən yaxalandı

Bakı. Trend:

Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti