...

Gürcüstan dənizçiləri sabah Filippindən vətənə qayıdacaqlar

Siyasət Materials 22 Mart 2010 14:21 (UTC +04:00)
2009-cu il martın 17-də Filippində saxlanılmış Gürcüstan dənizçiləri sabah vətənə dönəcəklər. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Gürcüstan dənizçiləri sabah Filippindən vətənə qayıdacaqlar

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

2009-cu il martın 17-də Filippində saxlanılmış Gürcüstan dənizçiləri sabah vətənə dönəcəklər. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

Onun sözlərinə görə, müəyyən texniki problemlər səbəbindən onların martın 17-də vətənə qayıtmaları baş tutmayıb. Bu vaxtadək bütün sənədlər qaydaya salınıb və dənizçilər martın 23-də Gürcüstana dönəcəklər.

Filippində Panama bayrağı altında üzən, 13 ekipaj üzvünün Gürcüstan vətəndaşı olduğu gəmi saxlanılmışdı. Ekipaj üzvləri silah qaçaqmalçılığında ittiham olunurdu. Sonra isə Filippin məhkəməsi Gürcüstan dənizçilərinin üzərindən bütün ittihamları götürdü.

Xəbər lenti

Xəbər lenti