...

Azərbaycan MSK parlament seçkiləri üzrə normativ sənədləri təsdiq edib

Siyasət Materials 8 Sentyabr 2010 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi seçki Komissiyası (MSK) çərşənbə günü keçirilən iclasda seçiciləri seçkilərin yeri və vaxtı haqqında məlumatlandırmaq üçün bildirişlərin mətnini, formasını, sayını və hazırlıq qaydalarını təsdiq edib.

"Bildirişlər beş milyon nüsxədə çap ediləcək", - MSK katibi Natiq Məmmədov deyib.

Bundan başqa, MSK-nın iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər təsdiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin 7 noyabr 2010-cu il tarixinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti