...

Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Siyasət Materials 3 Noyabr 2011 18:58 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüş keçirib.
Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüş keçirib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı İşinger Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb. O, ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv qismində seçilməsini Azərbaycan kimi gənc ölkə üçün böyük nailiyyət olduğunu vurğulayıb.

Azərbaycana səfərinin uğurla keçdiyini bildirən İşinger ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinin uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarovla Volfqanq İşinger arasında Avropa İttifaqı məkanında cərəyan edən proseslər, xüsusən də iqtisadi proseslərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti