...

ABŞ-ın Missisipi ştatında Azərbaycanla bağlı qətnamələr qəbul olunub

Siyasət Materials 22 Fevral 2012 15:41 (UTC +04:00)
Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-ın Missisipi ştatınının Senatında, Nümayəndələr Palatasında keçirilən görüşlər zamanı Azərbaycanla bağlı qətnamələr qəbul olunub.
ABŞ-ın Missisipi ştatında Azərbaycanla bağlı qətnamələr qəbul olunub

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev /

Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-ın Missisipi ştatınının Senatında, Nümayəndələr Palatasında keçirilən görüşlər zamanı Azərbaycanla bağlı qətnamələr qəbul olunub.

Azərbaycan nümayəndə heyətindən çərşənbə günü Trend-ə bildiriblər ki, Senatın qətnaməsində Azərbaycanla Amerika Birləşmiş Ştatlarının universal azadlıq, demokratiya və insan haqları dəyərlərini bölüşən uzunmüddətli müttəfiq olduğu vurğulanır.

Həmçinin qətnamədə Azərbaycanın Missisipi ştatının dəyərli ticarət tərəfdaşı olduğu və qlobal iqtisadiyyata əhəmiyyətli töhfələr verdiyi, Amerikalı və Avrasiyalıların Turkaz Şurasının Missisipi ilə Avrasiya arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrə zəmin yaradan, dinlərarası dialoqu möhkəmləndirən, amerikalılarla türklər, azərbaycanlılar və avrasiyalılar arasında onların etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq pozitiv münasibətləri inkişaf etdirən müstəqil qeyri-kommersiya təşkilatı olduğu bildirilir.

Missisipi ştatının Nümayəndələr Palatası tərəfindən qəbul olunan qətnamədə isə digər məsələlərlə yanaşı, Azərbaycanın dünyəvilik və tolerantlığa dəstəyinin böyük olduğu, İslam cəmiyyətləri arasında ən mütərəqqi ölkələrdən biri olduğu vurğulanır.

Xəbər lenti

Xəbər lenti