...

İranın hakimiyyətə yaxın partiyası müxalifət liderlərinin probleminin həllini istəyir

Siyasət Materials 26 Mart 2013 14:45 (UTC +04:00)
İranın hakim mühafizəkar düşərgəsinə yaxın olan İslam Koalisiyası Partiyasının tanınmış simalarından olan Həbibullah Əsgərövladi ev dustaqlığında saxlanılan müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin probleminin tezliklə həll edilməsini tələb edib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi məlumat verir.
İranın hakimiyyətə yaxın partiyası müxalifət liderlərinin probleminin həllini istəyir

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir T.Cəfərov/

İranın hakim mühafizəkar düşərgəsinə yaxın olan İslam Koalisiyası Partiyasının tanınmış simalarından olan Həbibullah Əsgərövladi ev dustaqlığında saxlanılan müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin probleminin tezliklə həll edilməsini tələb edib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi məlumat verir.

"Musəvi və Kərrubinin problemi bir qıfıla bənzəyir, əgər bu qıfıl açılmazsa, gələcək prezident seçkilərində yenidən problemlə üzləşəcəyik", -deyə Əsgərövladi bildirib.

Əsgərövladi isə deyir ki, Musəvi və Kərrubini "fitnə başçısı" adlandırmamalıyıq, ona görə ki, bu məsələ ölkədə siyasi otmosferanın qıfıllanmasına gətirib çıxarır.

Qeyd edək ki, Həbibullah Əsgərövladi bundan öncə də çıxışlarının birində Musəvi və Kərrubini "qardaş" adlnadırmışdı və demişdi ki, onlar cinayətkar deyillər.

İran müxalifətinin liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvi 2009-cu ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdülər. Onlar 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrini tanımadılar. Hakimiyyəti "yalan danışmaq", "ölkə iqtisadiyyatını iflic vəziyyətə salmaq" və "təhlükəsizlik qüvvələri vasitəsilə xalqı susdurmaq"da , Əhmədinejadın saxta yolla hakimiyyətə gəldiyini və dövlət büdcəsi ilə KİV-i maliyyələşdirib ölkədə yalan məlumatlar yaymaqda ittiham etdilər və mitinqlər təşkil etdilər. Mitinqlər nəticəsində onlarla insan həlak oldu və 100-lərlə insan həbs olundu.

Musəvi və Kərrubi iki ildən çoxdur ki, ev dustaqlığında saxlanılırlar. İranda bir çoxları bu iki müxalifətçini "Fitnə başçıları" adlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti