...

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələri Yaxın Şərqdəki vəziyyətlə bağlı vahid mövqeyə çağırıb

Siyasət Materials 27 Sentyabr 2014 00:25 (UTC +04:00)
Fələstin eləcə də geniş anlamda Yaxın Şərqdəki vəziyyət İslam Ümməti üçün ciddi təhdid doğurmaqda davam edir və beynəlxalq aləmdə İƏT üzv dövlətlərinin vahid mövqe ilə çıxış etmələrini tələb edir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələri Yaxın Şərqdəki vəziyyətlə bağlı vahid mövqeyə çağırıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələri Yaxın Şərqdəki vəziyyətlə bağlı vahid mövqeyə çağırıb.

Fələstin eləcə də geniş anlamda Yaxın Şərqdəki vəziyyət İslam Ümməti üçün ciddi təhdid doğurmaqda davam edir və beynəlxalq aləmdə İƏT üzv dövlətlərinin vahid mövqe ilə çıxış etmələrini tələb edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü İƏT XİN rəhbərlərinin illik iclasında çıxış edərkən Nyu -Yorkda deyib.

Azərbaycan təkcə regional deyil, həmçinin beynəlxalq təhlükəsizliyi də zərbə altında qoyan, İraqda bir çox günahsız insanın həyatını itirməsinə yol açan şiddətin kəskinləşməsindən dərin narahatlıq hissi keçirir, nazir qeyd edib .

Terrorizmdən əziyyət çəkmiş dövlət kimi, biz müasir dünyada əsas problem kimi qalmaqda olan və yalnız birlikdə həll edilə biləcək beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyinə inanırıq, nazir bildirib.

Azərbaycan, ölkəsinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın zorakılığını qınayan İslam Ümmətinə, İƏT-ə üzv ölkələrə və İƏT Katibliyinə Azərbaycan XİN rəhbəri bir daha səmimi təşəkkürlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti